İndoneziya Azərbaycanla neft sahəsində əməkdaşlığa maraqlıdır
18 Sentyabr 2012 17:12 İqtisadiyyatİndoneziya Azərbaycanla neft sahəsində əməkdaşlıq etməyə maraqlıdır. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə açıqlama verən sənaye və energetika naziri Natiq ƏliyevAzərbaycanın da öz növbəsində İndoneziya ilə alternativ enerji sahəsində əməkdaşlıq edəcəyini vurğulayıb: "İndoneziyada 17 mindən çox ada var. Yaxşı imkan var ki, alternativ enerji istehsalı sahəsində əməkdaşlıq edək". Nazirin sözlərinə görə, İndoneziya Azərbaycan ilə neft sahəsində əməkdaşlıq etməyə maraqlıdır: "Çünki bu ölkə neft istehsal edən dövlətdir. İndoneziya təqribən Azərbaycan kimi, ildə 45 milyon ton neft çıxarır. Bu, bizim ölkə üçün çox böyük rəqəmdir, amma İndoneziya üçün çox kiçikdir. Çünki Azərbaycan 9 milyon əhalisi var. Amma İndoneziyada əhalinin sayı 200 milyondan çoxdur. Onlar bizimlə bu sahədə əməkdaşlıq etmək istəyirlər".