Trans Anadolu qaz kəməri Avropaya çıxmağa imkan verəcək - AÇIQLAMA

Trans Anadolu qaz kəməri layihəsi Azərbaycana ilk dəfə Avropa sərhədlərinə çıxmağa imkan verəcək. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən sənaye və energetika naziri Natiq Əliyev sözügedən layihənin Azərbaycan və Türkiyə üçün çox vacib olduğunu deyib: "Mühüm olan Avropa sərhədlərinə çıxışdır. Bundan sonra ölkə öz qazının bütün Avropaya tədarük marşrutlarının diversifikasiyalaşdırılması imkanı əldə edəcək". Natiq Əliyev bildirib ki, Azərbaycan qazının Avropaya nəqlini təmin etmək üçün mövcud qaz nəqliyyat infrastrukturunun genişləndirilməsi və Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərinədək qaz nəqlini təmin edəcək yeni qaz kəmərinin tikintisi üzrə bütün zəruri işlər görüləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31