BMİ Azərbaycana üstünlük verir
18 Sentyabr 2012 17:08 İqtisadiyyat"Azərbaycanla yanaşı bir sıra ölkələr də neft, qaz və media konfransının keçirilməsi təşəbbüsü ilə çıxış etsələr də biz bu konfransın məhz Azərbaycanda keçirilməsinə üstünlük verdik". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Beynəlxalq Mətbuat İnstitutunun icraçı direktoru Alison Betel Mak Kenzi bunu Azərbaycanda mətbuatın inkişafına yaradılan şəraitlə əlaqələndirib. O, ölkəmizdə mətbuatın diqqətdə saxlanmasını yüksək qiymətləndirib. Bildirib ki, bir sıra neft və qazla zəngin ölkələr var ki, həmin ölkələrdə Azərbaycandan fərqli olaraq mətbuat o qədər də inkişaf etməyib. Alison Betel Mak Kenzi onu da deyib ki, bəzilərinin iddia etdiyi kimi təmsil etdiyi qurumun sıyahısında həbsdə olan azərbaycanlı jurnalistlərin sayı 8 deyil, 3 nəfərdir: "Bununla bağlı məsələ də Azərbaycan prezidenti İlham Əliyevlə keçirilən görüşdə müzakirə ediləcək".