Neft Fondu yeni layihələr maaliyələşdirəcək - AÇIQLAMA
18 Sentyabr 2012 15:39 İqtisadiyyatAzərbaycan Dövlət Neft Fondu bu günə qədər xarici şirkətlərin səhmlərinə 200 milyon dollar vəsait yatırıb. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov cari ilin sonuna kimi, bu rəqəmin 600 milyon dollar təşkil edəcəyini söyləyib. Şahmar Mövsümov rəhbərlik etdiyi qurumun gələn ildən yeni layihələr maliyyələşdirəcəyini də deyib: "Bu, əsasən neft-qaz sahəsində olacaq. Bu layihələrin adları 2013-cü ilin büdcə layihəsi təsdiq olunduqdan sonra açıqlanacaq". Şahmar Mövsümovun sözlərinə görə, gələn il dövlət büdcəsində neftin qiyməti 80 dollar müəyyən ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31