Azərbaycan 10 tona yaxın qızıl alıb
18 Sentyabr 2012 15:28 İqtisadiyyatDövlət Neft Fondu 10 tona yaxın qızıl alıb. "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə Dövlət Neft Fondunun rəhbəri Şahmar Mövsümov çıxış edib. Alınan qızılın İngiltərə banklarında saxlanıldığını deyən Şahmar Mövsümov qızılın bu ölkənin depozitlərinə yerləşdirildiyini söyləyib: "Qızılın İngiltərədən gətirilməsi üçün Nazirlər Kabinetinə müracət edilib ki, gətiriləcək qızıl gömrük rüsumlarından azad olunsun. Bu məsələ həll olunan kimi, qızılın gətirilməsinə başlanılacaq"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31