Rabitə xidmətlərində qeyri-dövlət sektoru irəli keçib
18 Sentyabr 2012 15:06 İqtisadiyyat2012-ci ilin səkkiz ayı ərzində informasiya və rabitə müəssisələri əhaliyə, müəssisə və təşkilatlara faktiki qiymətlərlə 898.3 milyon manat dəyərində rabitə xidməti göstərib. Bu barədə Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, bu göztərici əvvəlki illə müqayisədə 18.7 faiz çoxdur. Göstərilən xidmətlərin 72.2 faizi əhaliyə xidmətlə bağlı olub və əldə edilmiş gəlirin 74.8 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31