Sərnişin və yük daşımaları artıb - STATİSTİKA
18 Sentyabr 2012 15:05 İqtisadiyyatCari ilin yanvar-avqust aylarında nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 140.8 milyon ton yük, 1033.0 milyon nəfər sərnişin daşınıb. Bu barədə Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, bu göstəricilər ötən illə müqayisədə müvafiq olaraq 3.8 və 8.6 faiz çoxdur. Yüklərin 10.8 faizi dəmir yolu nəqliyyatı, 55.6 faizi avtomobil nəqliyyatı, 6.0 faizi dəniz nəqliyyatı, 27.6 faizi boru kəmərləri ilə, sərnişinlərin 87.4 faizi avtomobil, 12.3 faizi metropolitenlə daşınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31