ARDNŞ-nin Gürcüstanda inşa etdiyi karbamid zavodunun təməlqoyması olacaq

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstanda inşa edəcəyi karbamid istehsalı zavodunun təməlqoyma mərasimi sentyabrın 18-də olacaq.
"Azadinform" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib. Gürcüstanın qərbində Kulevi azad sənaye zonasında tikiləcək zavodun təməlqoyma mərasimində Gürcüstan Prezidenti Mixail Saakaşvili iştirak edəcək. R.Abdullayev qeyd edib ki, zavodun tikintisi çərçivəsində bütün işlər Sumqayıtda analoji müəssisənin yaradılması üzrə işlərlə paralel aparılacaq: "Hazırda Sumqayıtda karbamid zavodunun tikintisi üzrə podratçının seçilməsinə dair tender proseduru başa çatır. Tikinti işlərinə bu ilin sonunda başlanılması planlaşdırılır. Tenderin qalibi olacaq şirkət Gürcüstanda yeni emal müəssisəsinin yaradılması üzrə işləri də aparacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31