Ermənistanda çörəyin qiyməti yenə bahalaşdı - ACLIQ
Bu ölkədə çörək və unun qiymətində artım may ayından davam edir
17 Sentyabr 2012 20:00 İqtisadiyyatErmənistanda ilin ikinci yarısında da çörək və unun bahalaşması müşahidə olunur. Emənistan mətbuatı xəbər verir ki, bu ölkənin mağazalarında çörəyin qiyməti mütəmadi olaraq 10-20 dram artır.İrəvan mağazalarında 1 kiloqram unun qiyməti 20-30 dram artıb. Əla sort unun qiymətində də 10-30 dram artım müşahidə olunub.
Xatırladaq ki, Ermənistanda çörək və unun qiymətində artım bu ilin may ayından müşahidə olunur. Ermistan mətbuatı hər həftə mağazalarda çörəyin qiymətinin artımı haqqında məlumatlar verir. Bu da onsuzda ağır sosial şəraitdə yaşayan ermənilərin həyat səviyyəsini daha da ağırlaşdırır. anspress.com
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31