Səkkiz ayda 98 min əmlak dövlət qeydiyyatına alınıb

2012-ci ilin yanvar-avqust aylarında ölkədə 98 minə yaxın əmlaka aid hüquqlar dövlət qeydiyyatına alınıb. Bu barədə Əmlak Məsələlər Komitəsindən "Olaylar"a verilən məlumata ghörə, qeydiyyatdan keçən əmlakların 28 mini ilkin, 70 mini isə təkrar qeydiyyata aiddir. 2012-ci ilin yanvar-avqust ayları ərzində respublika üzrə aparılmış ümumi qeydiyyatın 37 mini (37.4 %) Bakı şəhərinin payına düşüb. 2012-ci ilin yanvar-avqust ayları ərzində 92 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılmış və texniki pasport tərtib edilib. Bu müddət ərzində hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 71 minə yaxın məhdudiyyət arayışı verilib. 2012-ci ilin yanvar-avqust ayları ərzində tərtib edilmiş texniki pasportlardan 33 minə yaxını (35.7%), dövlət reyestrindən hüquq sahiblərinə verilmiş məhdudiyyət arayışlarından 27 minə yaxını (37.6 %) Bakı şəhərinin payına düşür. Bunlarla yanaşı, daşınmaz əmlakın elektron qeydiyyatı üçün ən vacib şərtlərdən biri qeydiyyat məlumatlarının elektron arxivin və məlumat bazasının yaradılması istiqamətində işlər aparılır. Səmərəli, şəffaf və çevik fəaliyyət üçün uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları hazırda elektron bazaya köçürülür. Belə ki, Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində 700 mindən çox əmlaka dair kağız daşıyıcısında olan qeydiyyat məlumatlarının elektron bazaya köçürülməsi təmin edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31