Yaxın günlərdə büdcə zərfi parlamentə təqdim olunacaq

2013-ci ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri artıq tamamlanıb. Bu barədə məlumat verən millət bəkili, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, artıq növbəti ilin büdcə zərfi Nazirlər Kabinetinə və qanunvericilik təşəbbüsü subyektinə - ölkə prezidentinə təqdim olunub: "Çox güman ki, həmin qanun layihələri yaxın günlərdə Milli Məclisə təqdim olunacaq. Onu da qeyd edim ki, 2013-cü ilin büdcəsi bütün parametrlərinə görə əvvəlki illərin büdcəsindən müsbət mənada fərqlənir. Dünyada hələ də maliyyə-iqtisadi böhranın davam etməsinə, iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan hökumətinin uğurla davam etdirdiyi sosial-iqtisadi siyasət və onun konkret nəticələri növbəti ilin büdcəsində də əksini tapacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31