Rəqabət Məcəlləsi 3-cü oxunuşa hazırdır

Rəqabət Məcəlləsi artıq 3-cü oxunuşun müzakirələrinə hazırdır. Artıq bu məsələ ilə bağlı müvafiq qurumlarla danışıqlar aparılıb. Bunu deyən parlamentin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin sözlərinə görə, bir neçə ildir sözügedən məcəllənin 3-cü oxunuşda müzakirəsi və qəbulu obyektiv səbəblər üzündən ləngiyir: "Mən artıq bununla bağlı MM Aparatının sədri Səfa Mirzəyev, Prezident Administrasiyasının şöbə müdiri Şahin Əliyevlə söhbət aparmışam və bir daha onların nəzərinə çatdırmışam ki, bu məcəllənin 3-cü oxunuşu payız sessiyasının müzakirəsinə çıxarılmalıdır. Bu baxımdan çox güman ki, biz nəhayət uzun müddətdən bəri qəbulu gözlənilən Rəqabət Məcəlləsini payız sessiyasında 3-cü oxunuşun müzakirəsinə çıxarıb qəbul edəcəyik".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31