Dövlət büdcəsinə 41 faiz çox vəsait daxil olub
17 Sentyabr 2012 14:52 İqtisadiyyatYanvar-iyul aylarında dövlət büdcəsinə 9.7 milyard manat həcmində, yaxud 2011-ci ilin müvafiq dövründəkindən 41.0 faiz çox vəsait daxil olub. Bu barədə Maliyyə Nazirliyindən "Olaylar" a verilən məlumata görə, bu vaxt ərzində büdcədən 8.6 milyard manat və ya 2011-ci ilin müvafiq dövrünə nisbətən 38.8 faiz çox vəsait xərclənib, 1.1 milyard manat məbləğində və ya ümumi daxili məhsulun 3.5 faizi qədər profisit yaranıb. Büdcə xərclərinin 51.9 faizi və ya 4.5 milyard manatı iqtisadiyyatın inkişafına, 13.0 faizi, yaxud 1.1 milyard manatı sosial müdafiə və sosial təminata, 12.2 faizi və ya 1.1 milyard manatı təhsilə və səhiyyəyə yönəldilib. Büdcə xərclərinin 24.0 faizi və ya 2.1 milyard manatı əmək haqqı, pensiya və müavinətlərin ödənilməsinə sərf edilib.