Beş ay ardıcıl ucuzlaşma olub - STATİSTİKA
17 Sentyabr 2012 14:52 İqtisadiyyatÖlkədə beş ay ardıcıl olaraq qiymətlərin ucuzlaşması, yəni deflyasiya müşahidə olunub. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, avqust ayında iyul ayı ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 0.5 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.8 faiz, xidmət tarifləri 0.3 faiz ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri iyul ayının səviyyəsində qalıb. Eyni zamanda qiymət və tariflər səkkiz ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1.3 faiz, xidmət tarifləri 1.5 faiz bahalaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31