Məhsuldarlıq 1,6 sentner artıb

Sentyabrın 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 99,7 faizi, yaxud 993,2 min hektarı biçilib və həmin sahələrdən 2616,2 min ton məhsul götürülüb.  Orta hesabla hər hektardan əldə edilmiş məhsul 1,6 sentner artaraq 26,3 sentner təşkil edib. Bu barədə Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, məhsul toplanmış 13,4 min hektar qarğıdalı sahəsindən 58,6 min ton məhsul götürülüb.  Yığım başlanandan sahələrdən 706,8 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 18,2 min ton çox kartof, 968,0 min ton  tərəvəz, 396,8 min ton  bostan məhsulları, 331,4 min ton  meyvə və giləmeyvə, 31,6 min ton üzüm, 395,4 ton  yaşıl çay yarpağı, 16,9 min ton  günəbaxan, 2,5 min ton tütün toplanıb.  Bu dövrdə 295,5 min ton, yaxud 2011-ci ilin yanvar-avqust aylarına nisbətən 3,4 faiz çox diri çəkidə ət, 1145,8 min ton süd, 794,1 milyon ədəd yumurta, 15,0 min ton  yun istehsal olunub.  Beləliklə, keçən illə müqayisədə bitkiçilik məhsulları istehsalı 7,6 faiz, heyvandarlıq məhsulları istehsalı 5,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,7 faiz artmıb.  
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31