"VAZ” və “Jiquli” təhlükəlidir - ARAŞDIRMA
Rusiya öz avtomobillərini dünya bazarına çıxara bilmir
14 Sentyabr 2012 18:00 İqtisadiyyatAzərbaycanda insanların ən çox istifadə etdiyi avtomobillərin çoxusu Rusiya istehsalı olan "VAZ", yaxud da köhnə sovet markalarından olan"Jiquli" üstünlük təşkil edir. Azərbaycanda olan 1 milyon avtomobilin demək olar ki, 45-50 faizini məhz Rusiya istehsalı olan avtomobillər təşkil edir. Bununla belə istifadədə olan sovet maşınları da az deyil. Azərbaycan vətəndaşlarının istifadə etdiyi rus avtomobillərinin istifadə müddəti 25-30, hətta 60 il təşkil edir. İstifadə də olan avtomobillərin istehsal tarixinin 2005-ci ildən bu yana olan avtomobillərin sayının 1 milyonun yalnız 250 minini nəzərə alsaq yerdə qalan hissəsinin istehsal tarixinin lap köhnə olması məlum olur. Bu kateqoriyaya aid olan avtomobillrə həyat üçün təhlükəli hesab olunur. İnsanların Rusiya avtomobillərinə maraq göstərməsinin əsl səbəbi onların ucuz olmasıdır. Lakin, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin çıxardığı qərarla bu ilin may ayının 1-dən etibarən "ABS" əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin ölkəyə gətirilməsi qadağan olunub. Komitənin bu qərarı heç də Azərbaycanda rus və avtomobillərin sayının azalması demək deyil. Onsuz da qadağalardan əvvəl onların sayı yüz minlərlə idi. Demək ki, hələ Azərbaycanda baş verəcək qəzaların 90 faizi baş verməmiş qalır. Avropanın Almaniya, Norveç, Fransa kimi ölkələrində istifadəyə yararsız köhnə avtomobillərin qəzalara yol açmaması üçün avtomobil sahibi ilə şirkət arasında imzalanan müqavilə əsasında köhnə avtomobil sahibindən alınaraq yenisi ilə əvəz olunur. Utilləşdirmə adı ilə tanınan bu proses haqqında vətəndaşlar ümumiyyətlə heç bir bilgiyə sahib deyillər. Nəqliyyat Nazirliyinin proqramlarının heç birində bu barədə heç nə yazılmır. Demək olar ki, ya yaxın, ya da ki uzaq gələcəkdə bununla bağlı qanun layihəsi hazırlanıb işlənməyəcəkdir. Nəzərə alsaq ki, Azərbaycanda köhnə rus və sovet avtomobillərinin sayı kifayət qədər çoxdur bunun hansı addımlardan dolayı atılmadığı məlumdur. İstifadə müddəti 25-30 ildən çox olan sovet avtomobilləri ya dərindən təmir, ya da ki, metallom üçün yararlı deyil. Bu hər iki quruma Nəqliyyat Nazirliyi və avtomobil alqı-satqısı ilə məğul olan şirkətlərə sərf eləmir. Bir tərəfdən də mütəxəssislərin rəylərinə görə utilləşdirmə prosesi köhnə rus və sovet avtomobillərinə aid edilə bilməz. Onları dəyişdirməkdənsə zibilliyə atmaq daha məqsədəuyğun olar.
Statistikaya görə ölkədə baş verən qəzaların 50 faizi məhz "VAZ" və "Jiquli" markalı rus avtomobillərinin payına düşür. Qəza hadisələrində əksəriyyət vaxt sürücülər günahkar tutulsa da ən böyük məsuliyyət Rusiya şirkətlərinin üzərində dayanır. "VAZ" və "Jiquli" markalı avtomobillərin qəzada tez sıradan çıxmasına və qəza nəticəsində parçalanaraq kiçik hissələrə bölünməsinin səbəbləri məlumdur. Rus avtomobilləri qoruyucu yastıqlar və təhlükəsizlik şinləri ilə təmin olunmayıblar. Rusiyanın nəqliyyat vasitələrinin hamısı keyfiyyətsiz istehsal olunurlar. Avtomobildə dəmir amili mühüm rol oynayır ki, rus avtomobillərinsə istehsal olunan metalların tərkibi istehsal prosesində düzgün qiymətləndirilmir. Buna görə də qəzalarda rus avtomobilləri tez sıradan çıxır. Tam olaraq rusların maşınları müasir texniki tələblərə cavab vermir. Odur ki, Rusiya öz avtomobillərini dünya bazarına çıxara bilmir. Rusların əsas bazarı MDB məkanını əhatə edir ki, rusların əsas ölkələrlə də münasibətləri yaxşı olmadağından köhnə Sovet məkanın da o qədər böyük bazar olmadığını isbat edir.
Mənsur Rəğbətoğlu