YAP sığorta-pensiya islahatları ilə bağlı konfrans keçirəcək

Aprelin 19-da Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Gələcəyə baxış-2020: sığorta-pensiya islahatları" adlı konfrans keçiriləcək. Bu barədə məlumat "OLAYLAR"-a Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən daxil olub. Məlumatda bildirilib ki, dövlət və hökumət rəsmiləri, millət vəkilləri və hakim partiya rəhbərliyinin iştirak etdiyi tədbirdə Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov xüsusi təqdimatla çıxış edəcək, ölkədə həyata keçirilən sığorta-pensiya islahatları, gələcək illərə hesablanmış tədbirlər barədə ətraflı məlumat verəcək.Qeyd edək ki, Yeni Azərbaycan Partiyası prezident İlham Əliyevin "Gələcəyə baxış-2020" İnkişaf Konsepsiyasının hazırlanması barədə imzaladığı sərəncama uyğun olaraq artıq ikinci konfransını keçirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31