DSMF proqnozu 109,2 faiz icra edib
13 Sentyabr 2012 19:27 İqtisadiyyatİlkin məlumatlara əsasən, 2012-ci ilin yanvar-avqust aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1624,6 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 287,1 mln. manat və ya 21,5 faiz çoxdur. Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faiz və ya 117,4 mln. manat artaraq 891,9 mln. manat təşkil edib.Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 60,2 faizi və ya 536,9 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 18,0 faiz və ya 81,9 mln. manat artmış, proqnoz isə 109,2 faiz icra olunub. 2012-ci ilin yanvar-avqust aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 355 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1 faiz və ya 35,5 mln. manat artıb. Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,3% icra olunub.Cari ilin yanvar-avqust aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 1602,6 mln. manat olub.