Ərzaq məhsullarının tərkibi zənginləşdiriləcək

"Parlamentin payız sessiyasında "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna vacib dəyişikliyin edilməsi nəzərdə tutulur. Bu dəyişiklik də ondan ibarətdir ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da ərzaq məhsullarının bir sıra vacib maddələr hesabına zənginləşdirilməsi ehtiyacı var". Bunu deyən parlamentin sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sözlərinə görə, bu gün dünyada ərzaq təhlükəsizliyi məsələsi ən vacib və aktual məsələlərdən biri kimi öndə dayanır: "Ərzaq təhlükəsizliyinin təmin olunmasının bir mühüm elementi də ərzaq məhsullarının bir sıra vacib maddələr hesabına zənginləşdirilməsidir. Odur ki, ərzaq təhlükəsizliyi məsələsini daim gündəmə gətirən və onu öndə tutan Azərbaycanda da ərzağın bir sıra maddələr hesabına zənginləşdirilməsinə ehtiyac var. Bu baxımdan da, "Əhalinin sağlamlığının qorunması haqqında" qanuna bu məsələ ilə bağlı bir düzəlişin edilməsi nəzərdə tutulur ki, bu da çox güman parlamentin qarşıdan gələn payız sessiyasında müzakirəyə çıxarılaraq qəbul ediləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31