Səhiyyə Nazirliyi çörəklərin təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb
13 Sentyabr 2012 17:07 İqtisadiyyatSəhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ticarət obyektlərində satılan çörəklərin təhlükəsizlik göstəricilərini yoxlamağa başlayıb. Bunu şənbə günü Trend-ə Mərkəzin Qidalanma bölməsinin müdiri İmran Abdullayev deyib. Onun sözlərinə görə, yoxlamalar Bakı, Sumqayıt və Abşerondakı ticarət mərkəzlərində satılan çörəklər üzərində aparılacaq. Bu yoxlamalar bitdikdən sonra kremli qənnadı məmulatlarının təhlükəsizlik göstəriciləri yoxlanacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31