Avqustda Gömrük Komitəsi xəttilə büdcəyə 96,681 milyon manat daxil olub
12 Sentyabr 2012 19:04 İqtisadiyyatAvqust ayı ərzində gömrük orqanlarından dövlət büdcəsinə 108,091 milyon manat vəsait köçürülüb. "Azadinform" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu məbləğin 96,681 milyon manatı əlavə dəyər vergisi (ƏDV) üzrə daxil olub. Ötən ay gömrük orqanlarından büdcəyə daxil olan vəsaitin 5,401 milyon manatı gömrük rüsumu üzrə, 4,581 milyon manatı isə aksizlər üzrə təşkil edib.
Hesabat ayında yol vergisi üzrə büdcəyə daxil olan məbləğ isə 1,427 milyon manat olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31