Avqustda Ceyhandan 2,1 milyon ton neft dünya bazarlarına çıxarılıb

8 ay ərzində limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 19.8 milyon ton olub

Bu ilin avqust ayı ərzində 2 milyon 129 min 631 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 milyon 612 min 149 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu ilin yanvar-avqust aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 19 milyon 827 min 682 ton olub.
Ümumiyyətlə, BTC istismara verilən gündən 2012-ci il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 193 milyon 845 min 710 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31