Kartof bahalaşıb, xiyar isə ucuzlaşıb
18 Aprel 2012 18:24 İqtisadiyyatMart ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz, o cümlədən birillik bitkilərin istehsalçı qiymətləri 0,7 faiz ucuzlaşib, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 0,2 faiz bahalaşib, çoxillik bitkilərin istehsalçı qiymətləri isə dəyişməz qalib. Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumata cörə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,3, kələmin 24,4, kartofun 0,3, yoncanın istehsalçı qiymətləri 1,1 faiz bahalaşıb, göyərtilərin istehsalçı qiymətləri 8,1, xiyarın 14,5 faiz, baş soğanın istehsalçı qiymətləri isə 0,6 faiz ucuzlaşıb. Çoxillik bitkilərdən almanın istehsalçı qiymətləri 0,2 faiz, fındığın 1,4 faiz, şabalıdın 4,9 faiz, qozun istehsalçı qiymətləri 0,7 faiz bahalaşmış, limonun istehsalçı qiymətləri isə 6,1 faiz ucuzlaşıb. Mal və qoyun ətlərinin istehsalçı qiymətləri müvafiq olaraq 0,8 və 0,3 faiz bahalaşib. Yumurtanın 0,4 , quş və donuz ətlərinin istehsalçı qiymətləri müvafiq olaraq 2,9 və 1,6 faiz ucuzlaşıb.