ARDNŞ-ın mühafizə zolağındakı torpaqların satılmasında...

Mehdi Səlimzadə: “İcra hakimiyyətləri, bələdiyyələr... iştirak ediblər”

"Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və digər qurumlar tərəfindən mühafizə olunan zolaqlarda - bələdiyyə ərazilərində də torpaq satışının həyata keçirilməsinə rast gəlinib". Bu barədə məlumat verən  Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə bildirib ki,  bu məsələdə müxtəlif qurumların iştirakı var: "Bu işdə təkcə bələdiyyələr iştirak etməyib. ARDNŞ-in köhnə rəhbər işçiləri, həmçinin şirkətin ərazilərdə olan neft-qaz çıxarma idarələrinin əməkdaşları qanunsuzluğa yol verərək bələdiyyə torpaqlarını satıblar. Bu işdə yerli icra hakimiyyətləri, bələdiyyələr və ARDNŞ-in yerlərdəki əməkdaşları da iştirak ediblər. Biz bu cür qanunsuz qərarların hamısını ləğv etdirmişik". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31