Əhalinin banklardakı əmanətlərinin həcmi 37,8 faiz artıb
18 Aprel 2012 18:19 İqtisadiyyatCari il martın 1-nə olan məlumatlara görə əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37,8 faiz artaraq 4330,6 milyon manata çatıb. Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumata cörə, bu dövrdə milli valyutada qoyulmuş əmanətlərin həcmi xarici valyuta depozitlərini üstələyərək 2421,4 milyon manat və ya əmanətlərin ümumi həcminin 55,9 faizini təşkil edib. Əmanətlərin 77,2 faizi özəl banklarda yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31