Keyfiyyətsiz ərzaq malları satışdan çıxarıldı və...

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı növbəti monitorinqlər zamanı Bakı şəhəri, Səbail rayonu  Ə.Yaqubov küçəsi, 14 ünvanında Hicran Quliyevə məxsus mağazada 53 çeşiddə ümumi çəkisi 91 kq olan saxlama müddəti ötmüş ərzaq mallarının satıldığı aşkar olunmuş və satışdan çıxarılaraq məhv edilmişdir.
Bundan başqa, bu mağazada satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilmişdir.
Bununla əlaqədar, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31