Vergilər Nazirliyinin 195 Telefon Məlumat Xidmətinə 17577 müraciət daxil olub

Elektron xidmət və qeydiyyatla bağlı müraciətlər üstünlük təşkil edir

2012-ci ilin avqust ayı ərzində Vergilər Nazirliyinin Telefon Məlumat Xidmətinə 17577  müraciət daxil olub. Nazirliyin  Analiktik-informasiya şöbəsindən "Olaylar"a verilən məlumata görə, müraciətlərin 8355-i müfəttiş-operatorlar tərəfindən canlı rejimdə, 9222-si elektron operator tərəfindən avtomatik rejimdə cavablandırılıb. Hesabat dövründə vergi ödəyicilərindən daxil olan müraciətlər sırasında elektron xidmətlərlə (22,1%), qeydiyyat  prosesi (16,5%),  vergi növləri (16,5%),  büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (9,2%), vergi ödəyicilərinə göndərilmiş mesajlar (7,2%), hesabatlar və onların doldurulma qaydaları barədə (4,4%) məlumatların əldə edilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib. Hesabat dövründə sual xarakterli müraciətlərin 98,9%-i müfəttiş-operatorlar tərəfindən birbaşa cavablandırılıb, 1,1%-i barədə isə müvafiq araşdırılma aparılması üçün sual vərəqəsi tərtib edilib. 72 müraciət araşdırılması üçün aidiyyəti üzrə göndərilib.Avqust ayında Telefon Məlumat Xidməti tərəfindən vergi ödəyicilərinə 23831 SMS göndərilmiş, ikitərəfli SMS xidməti istifadəyə verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31