Sənaye məhsulları 8,7 faiz bahalaşıb
10 Sentyabr 2012 17:23 İqtisadiyyatAvqust ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 8,7 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, ay ərzində mədənçıxarma sənayesi üzrə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 110,5 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 10,5 faiz bahalaşıb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,6 faiz ucuzlaşmışıb. Avqust ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 99,5 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri mebel istehsalı üzrə 4,6, tütün məmulatlarının istehsalı üzrə 4,1, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 3,5, elektrik avadanlıqlarının istehsalı üzrə 2,4, neft məhsullarının istehsalı və kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,7 faiz ucuzlaşıb, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 2,4, əczaçılıq məhsullarının istehsalı üzrə 1,9 , qida məhsullarının istehsalı və toxuculuq sənayesi üzrə 0,3, geyim istehsalı, kimya və metallurgiya sənayesi üzrə 0,2 , zərgərlik, musiqi, idman və tibb avadanlıqlarının istehsalı üzrə 0,1 faiz bahalaşıb.