Azərbaycan 140 ölkə ilə ticarət əməliyyatı aparıb
10 Sentyabr 2012 17:23 İqtisadiyyat2012-ci ilin yanvar-iyul aylarında ölkənin dövlət və qeyri-dövlət təşkilatları və ayrı-ayrı fiziki şəxsləri 140 xarici dövlətlə ticarət əməliyyatları aparıblar. Bu barədə Dövlət Statistiuka Komitəsindən "Olaylar"a verilən məlumata görə, xarici ticarət dövriyyəsi 25,7 milyard ABŞ dolları təşkil edib. Onun 5,3 milyard dolları idxalın, 20,4 milyard dolları ixracın payına düşüb. Qeyri-neft məhsullarının ixracı 903,5 milyon dollar dəyərində olub və 2011-ci ilin yanvar-iyul aylarının səviyyəsini 6,8 faiz üstələyib. Xarici ticarət əməliyyatlarının 84,9 faizi İtaliya, İsrail, İndoneziya, Rusiya Federasiyası, Fransa, Amerika Birləşmiş Ştatları, Türkiyə, Hindistan, Almaniya, Çin, Çexiya Respublikası, Böyuk Britaniya, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Ukrayna, Tayvan(Çinin əyaləti), Sinqapur və Tailand dövlətləri, qalan 15,1 faizi isə digər ölkələrlə aparılıb.