Əhali gəlirinin yarıdan çoxunu ərzağa xərcləyir

2012-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 11,0 milyard manat məbləğində və ya 2011-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz çox istehlak malları satılıb. Bu barədə Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, istehlak mallarının 1,4 milyard manatı hüquqi şəxslərin, 5,1 milyard manatı hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fərdi sahibkarların, 4,5 milyard manatlıq həcmi isə bazar və yarmarkalarda fəaliyyət göstərən fiziki şəxslərin şəbəkələrində realizə olunub.  Elektron ticarətin həcmi 905,1 min manat olub.  Əhalinin pərakəndə ticarət şəbəkələrində xərclədikləri vəsaitin 6,2 milyard manatı ərzaq məhsullarının, 4,8 milyard manatı qeyri-ərzaq mallarının alınmasına sərf olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31