ARDNŞ bu il 100 kilometrə yaxın qazma reallaşdırıb

2012-ci ilin avqust ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10075 metr qazma işi həyata keçirib. "Azadinform" şirkətin rəsmi internet saytına istinadən xəbər verir ki, bu sahədə görülmüş işlərin 9773 metri istismara, 302 metri kəşfiyyata aid olub. Həyata keçirilmiş kəşfiyyat qazmasının 170 metri struktur axtarış qazmasına aiddir.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-avqust aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 99844 metr qazma işi görülüb ki, bunun da 94670 metri istismara, 5174 metri kəşfiyyata (o cümlədən, 2150 metr struktur axtarış qazması) aid olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31