"Qarabağ" çayxanası hərraca çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın 2-də bir sıra  kiçik dövlət müəssisə və obyektləri hərraca çıxarılacaq. Bu barədə komitədən "Olaylar"a verilən məlumata görə, hərraca çıxarılacaq dövlət obyektləri respublikanın şəhər və rayonlarını əhatə edəcək. Sözügedən müəssisə və obyektlərin siyahısı Komitənin saytında yerləşdirilib. Bunlar Yevlax şəhəri, Yevlax-Bərdə yolunun 7-ci km-də yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinə tabe olan"Qarabağ" çayxanası, Daşkəsən rayonu, Quşçu qəsəbəsindəki 3 saylı mağaza, Tovuz şəhəri, E.Quliyev küçəsi, 17A ünvandakı dəmirçi sexi və Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 118 A ünvanda Səhiyyə Nazirliyinə aid Şəki rayon Stomatoloji poliklinikasıdır. Hərraclar Bakı şəhərində Hərracların Təşkili üzrə Auksion Mərkəzi, digər şəhər və rayonlarda isə yerli hərrac komissiyaları tərəfindən keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31