Səudiyyə Ərəbistanının nefti qurtarır
7 Sentyabr 2012 20:40 İqtisadiyyat2030-cu ildə dünyanın ən nəhəng neft ixracatçısı olan Səudiyyə Ərəbistanı idxalçı ölkəyə çevrilə bilər. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Citigroup İnc. təşkilatının hesablamalarında qeyd olunub. Analitik Haydi Rəhman deyir ki, əgər bu ölkədə neftə olan tələbat indiki templə davam etsə, 2030-cu ildə artıq xaricə neft ixrac edə bilməyəcək, əvəzində digər ölkələrdən neft alacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının büdcəsinin 86 faizi neft gəlirləri ilə formalaşır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31