Kənd təsərrüfatı məhsulları 1,5 faiz ucuzlaşıb

Avqust ayında satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5 faiz ucuzlaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 1,1 faiz bahalaşıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 0,4 faiz, kartofun 10,8 faiz, baş soğanın 0,6 faiz, baş sarımsağın 5,0 faiz, çuğundurun 12,6 faiz, xiyarın 24,6 faiz, pomidorun 0,3 faiz, badımcanın 5,5 faiz, bibərin 33,1 faiz, yoncanın istehsalçı qiymətləri 1,3 faiz ucuzlaşıb, buğdanın istehsalçı qiymətləri 0,7 faiz, yaşıl lobyanın 16,7 faiz, qarpız və yemişin 2,2 faiz, göyərtilərin 2,5 faiz, quru otun istehsalçı qiymətləri isə 2,2 faiz bahalaşıb. Çoxillik bitkilərdən üzümün istehsalçı qiymətləri 10,6 faiz, almanın 3,7 faiz, armudun 4,5 faiz, şaftalının 13,7 faiz, gavalı və göyəmin 2,5 faiz, fındığın istehsalçı qiymətləri isə 8,3 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,0 faiz, mal, qoyun və quş ətinin (diri çəkidə) müvafiq olaraq 0,7 faiz, 0,3 faiz və 4,1 faiz, hind toyuğunun istehsalçı qiymətləri 1,3 faiz ucuzlaşmışıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inək südünün istehsalçı qiymətləri 6,4 faiz, yumurtanın istehsalçı qiymətləri isə 1,9 faiz bahalaşıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31