Yük və sərnişindaşıma bahalaşıb
7 Sentyabr 2012 03:47 İqtisadiyyat2012-ci ilin avqust ayında nəqliyyat sektorunda yükdaşıma və sərnişindaşıma tarifləri 0,7 faiz artıb. Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə,
dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi yerli əlaqə üzrə 2,5 faiz ucuzlaşıb, ixrac üzrə 13,6 faiz, idxal üzrə 8,8 faiz, tranzit üzrə 0,1 faiz bahalaşıb.
Hava nəqliyyatında MDB ölkələrinə yükdaşıma və sərnişindaşıma tarifləri uyğun olaraq 0,5 faiz və 0,6 faiz bahalaşıb, digər xarici ölkələrə sərnişindaşıma tarifləri isə 1,6 faiz ucuzlaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,4 faiz bahalaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31