ARDNŞ: "2025-ci ildə Azərbaycanın qaz hasilatı 40 milyard kubmetrə çatacaq" VIDEO
Bakıda “Neft-qaz çıxarmada yeni texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir
6 Sentyabr 2012 17:26 İqtisadiyyatBu gün Neft-qaz Elmi-Tədqiqat Layihə İnstitutunda Dövlət Neft Şirkətinin dəstəyi ilə "Neft-qaz çıxarmada yeni texnologiyalar" mövzusunda ikinci beynəlxalq elmi-təcrübi konfransı işinə başlayıb. Konfransda çıxış edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Azərbaycanın həyata keçirdiyi enerji layihələrdən danışıb. O bildirib ki, 2025-ci ildə Azərbaycanın qaz hasilatı 40 milyard kubmetrə çatacaq. Tədbirdə 18 ölkədən 45 şirkətin ümümilikdə 100-dən çox təmsilçisi iştirak edir.
2 gün davam edəcək konfransın keçirilməsində məqsəd yeni texnologiyaların Azərbaycanın neft-qaz sənayesində tətbiqi və dünyanın aparıcı şirkətləri, elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq etməkdir.