İran ciddi maliyyə böhranı ərəfəsində
6 Sentyabr 2012 16:30 İqtisadiyyatXaricdəki müxalif İran mətbuatının əlinə ölkənin xüsusi xidmət orqanlarının məxfi məruzəsi keçib. "OLAYLAR"-ın Türkiyə bürosunun verdiyi xəbərə görə, məruzə İrandaki iqtisadi və maliyə vəziyyəti ilə əlaqədər hazırlanıb. Məruzəni hazırlayanlar xəbərdar edir ki , ölkə maliyə çöküşünün astansındadır və lazımı tədbirlər həyata keçirilməsə yaxın aylarda İranın maliyyə sistemi batacaq. Məruzədə qeyd olunur ki, vəziyyət belə davam edərsə bir neçə ay sonra dövlət məmurlara maaş ödəyə bilməyəcək. Bu isə sosial partlayışa səbəb ola bilər. Məruzədə baş verəcək olan maliyə böhranı nəticəsində ölkədəki valyuta ehtiyatının yaxın beş -altı ayda tükənəcəyi xəbərdarlığı da yer alır. Son bir neçə ayda beynəlxalq sanksiyalar nəticəsində ölkədəki ərzaq məhsulları 33 faiz, ət, yumurta,süd,quş əti kimi zəruri yeinti məhsullarının qiyməti isə 80 faiz bahalaşıb.