Rəqabətə davamlılığa görə Azərbaycan MDB ölkələrini qabaqlayır - MİLLƏT VƏKİLİ
“İndi Azərbaycanın da orada qərarlaşmasından ötrü islahatlar dərinləşdirilməlidir”
6 Sentyabr 2012 16:17 İqtisadiyyatİllik reytinq Dünya İqtisadi Forumun hesabatında Azərbaycan rəqabətə davamlığına görə, 144 ölkə arasında 46-cı yerdə qərarlaşıb. Azərbaycan bu göstərici ilə MDB məkanında liderdir. Belə ki, reytinqdə Qazaxıstan 51-ci, Rusiya 67-ci, Ukrayna 73-cü, Ermənistan isə 82-ci yeri tutur. Onu da qeyd edək ki, Azərbaycan ötən ilki göstəricilərlə müqaisədə bu il 9 pillə irəliləyib. Azərbaycanın bu göstəricisini şərh edən millət vəkili Əli Məsimli qeyd edir ki, bir müddətə qədər bu siyahıda ilk 50 ölkə arasında postovet ölkələrindən yalnız Estoniyanın adı vardı. İndi isə Azərbaycanın belə bir siyahıda ilk 50-likdə yer alması tədqirə layiqdir: "Azərbaycan Qlobal Rəqabət qabiliyyətlilik göstəricisinə görə o qədər də uzaq olmayan illərdə 100-cü yer ətrafında qərar tutmuşdu. Son illər bu sahədə ciddi irəliləyiş əldə edə bildi və hazırda 46-cı yerə qalxaraq dünyanın 50 ən rəqabətqabiliyyətli ölkəsi sırasına çıxa bildi. Əvvəllər postsovet məkanı ölkələrı arasında dünyanın 50 ən rəqabətqabiliyyətli ökəsi sırasında yalnız Estoniyanın adı vardı". Millət vəkili qeyd edir ki, indi Azərbaycan da orada qərarlaşmaqdan ötrü islahatlar dərinləşdirilməlidir: "Qlobal rəqabət qabiliyyətliliyi şərtləndirən amil və indekatorları dərin təhlil edilməli və həmin obyektiv təhlildən çıxan nəticələri nəzərə almaqla, ölkədə rəqabət qabiliyyətliliyi artırmaqdan ötrü zəruri işlər genişləndirilməlidir. Həm də nəzərə almaq lazımdır ki, 2008-ci ilin qlobal maliyyə böhranı Azərbaycanın bizim güman etdiyimizdən çox rəqabətə davamlı olduğunu göstərə də, hələ bu sahədə görüləsi işlər çoxdur. Xüsusən də iqtisadiyyatımızın neftdən kənar shəsinin, istehsal və xidmət sahələrinin, elmin, tənsilin. səhiyyənin rəqabət qabiliyyətini artırmaqdan ötrü məqsədli proqramlar hazırlanıb, islahatların dərinləşdirilməsi ilə paralel surətdə həyata keçirmək lazımdır".