ABŞ-ın dövlət borcu sürətlə artır
5 Sentyabr 2012 13:45 İqtisadiyyatAmerika Birləşmiş Ştatlarının dövlət borcu fantastik sürətlə artmağa başlayıb. Bu barədə xarici media məlumat yayıb. "OLAYLAR"ın xarici mətbuata istinadən yaydığı məlumata görə, birləşmuş ştatların xarici dövlət borcu bir gün ərzində 25 milyard dollar artaraq 16,015 trilyon dollara çatıb. Birləşmiş ştatların müdafiə naziri ABŞ-ın xarici borcunun sürətlə artacağından narahatdır. O bildirib ki, xarici borc bundan sonra da artacaq və bu çox təhlükəlidir. Müdafiə naziri bununla bağlı ABŞ hökumətinə xəbərdarlıq da edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31