Meyvə-tərəvəz ucuzlaşıb, çörək və ət bahalaşıb
5 Sentyabr 2012 13:36 İqtisadiyyat2012-ci ilin avqust ayında ərzaq məhsullarının qiymətlərinin 0,8 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tariflərinin 0,3 faiz ucuzlaşıb. Qeyri-ərzaq mallarının qiymətlərinin sabit qalması ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tariflərinin əvvəlki ayla müqayisədə 0,5 faiz ucuzlaşmasına səbəb olub. Bu barədə Dövlət Statistika Komitəsindən "Olaylar"a verilən məlumata görə, ay ərzində ərzaq məhsullarından toyuq ətinin, təzə balığın, yumurtanın, kərə yağının, günəbaxan və qarğıdalı yağlarının, şəkər və şəkər tozunun, bananın, almanın, armudun, şaftalının, pomidor və xiyarın, bibərin, badımcanın, soğanın, kartofun qiyməti ucuzlaşıb. Ucuzlaşma ilə yanaşı avqust ayında unun, manna yarmasının, çörəyin, mal və qoyun ətinin, şabalıdın, kələmin, göyərtinin, çuğundurun, kökün, göy lobyanın, sarımsağın, qarpız və yemişin qiymətlərində bahalaşma da müşahidə olunub.