ARDNŞ-də Avropa Parlamentinin nümayəndələri ilə görüş olub

ARDNŞ rəhbərliyi ilə Avropa Parlamentinin ölkəmizdə səfərdə olan üzvləri arasında görüş keçirilib.
Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, görüşdə ARDNŞ-nin sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycanla Avropa İttifaqı arasında yüksək səviyyəli dostluq və əməkdaşlıq münasibətləri qurulduğunu bildirib və bu münasibətlərin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Nəsirov Azərbaycanın bütün dünyada qədim neft ölkəsi kimi tanındığını bildirib, son illər ölkədə həyata keçirilən qlobal və regional əhəmiyyət daşıyan neft-qaz layihələri barədə ətraflı məlumat verərək, həmin layihələr çərçivəsində əldə olunmuş nailiyyətlərdən, xüsusilə, Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın önəmli rol oynanmasından söz açıb.
Slovakiyadan olan deputat Boris Zala Avropa İttifaqı ilə Azərbaycan arasında faydalı əməkdaşlıq münasibətlərinin yaradılmasını böyük nailiyyət kimi qiymətləndirib. Avropalı parlamentarilər Azərbaycan, onun inkişafda olan iqtisadiyyatı barədə məlumatlardan gələcək fəaliyyətlərində yaralanacaqlarını bildiriblər.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31