Qızıl hələ bahalaşacaq
Əli Məsimli: “Azərbaycan qızıl hasil etməyə başlayan ölkə kimi bu prosesdən nisbətən müəyyən uduş əldə edəcək”
31 Avqust 2012 17:22 İqtisadiyyat"Dünya iqtisadiyyatında gedən proseslərin təsiri ilə qızılın qiymətinin artması prosesi və bu qiymətli metalın qiymətinin yüksək olması hələ bir müddət də davam edəcək". Bunu "OLAYLAR"a açıqlamasında millət vəkili Əli Məsimli dünya birjalarında qızılın qiymətinin artması ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, qızılın qiymətinin artması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək: "Azərbaycan qızıl hasıl etməyə başlayan ölkə kimi bu prosesdən nisbətən müəyyən uduş əldə edə bilsə də,qızıl əşyalarının qiymətinin də davamlı olaraq artması xüsusən yeni ailə qurmaq üçün qızıl əşyalar alanların büdcəsinə ziyandır". Millət vəkili həmçinin onu da deyib ki, qızıl həm də özünəməxsus "ekvivalent" rolu oynadığından, digər sahələrdə də qiymətlərə dolayı olsa da təsir göstərəcək.