ARDNŞ-də “Investors In People” standartının təqdimatı keçirilib

ARDNŞ-nin baş ofisində insan resurslarının idarə edilməsi üzrə dünyada geniş tətbiq olunan beynəlxalq "Investors In Poeple" (IIP) standartının tətbiqi ilə bağlı təqdimat keçirilib. Şirkətdən "Azadinform"a verilən məlumata görə, ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov baş ofisi Londonda yerləşən IIP-nin region üzrə rəhbərliyi və nümayəndələrinə ARDNŞ-nin öz fəaliyyətində beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində görülən mühüm işlərdən bəhs edib.
Daha sonra IIP standartının regional nümayəndələri Erhan Feridun və Didem Gurcuoğlu Tekay standartın geniş təqdimatını keçirib, onun tələbləri, iş prinsipləri və tətbiqi ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Bildirilib ki, yeni layihənin tətbiqi nəticəsində insan resurslarının idarə edilməsinin funksiyaları arasında inteqrasiyanın tamlığı qorunaraq şirkətdə vahid strategiyaya xidmət edən insan resurslarının planlaşdırılması, işə qəbulu və yerləşdirilməsi, işçilərin təlimləndirilməsi və inkişaf etdirilməsi, onların xidməti fəaliyyətlərinin qiymətləndirilməsi və bunun əsasında karyeralarının idarə olunması, işçilərlə əlaqələrin genişləndirilməsi, motivasiyanın artırılması məqsədlərinə nail olunacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31