Əmanətlərin qaytarılması niyə yubadılır?
30 Avqust 2012 17:22 İqtisadiyyatRedaksiyamıza müraciət edən vətəndaşlar Sovet dövründən qalmış əmanətlərin qaytarılması ilə bağlı problemlə üzləşdiklərini bildirilər. Şikayətçilərin bildirdiklərinə görə, əmanətlərin ödənilməsi ilə bağlı tələb olunan bütün sənədlərin təqdim olunmasına baxmayaraq ödəmələrin 2-3 ay ərzində veriləcəyi bildirilir. Maliyyə Nazirliyinin əmanətçilərə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı "Qaynar xətt" indən "Olaylar"a bildiriblər ki, birdəfəlik ödəmələrin veriləcəyi tarix sənədlər təqdim olunduqdan sonra vətəndaşa verilən qəbzdə dəqiq göstərilir. Bu müddət bir neçə gün, bir həftə və sair ola bilər. Əgər göstərilən müddət bir aydan artıqdırsa, deməli hansasa sənədin araşdırılmasına ehtiyac var. Xatərladaq ki, əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi 2012-ci ilin iyun ayından başlayıb və 2013-cü il 31 dekabr tarixinədək başa çatacaq. Hər hansı kateqoriyanın bu vəsaitləri öncə alması, yaxud hansısa bir mərhələ müəyyən edilməyib.