Vaqonların sayı artırılacaq
Əlavə vaqonlar bütün daxili istiqamətlər üzrə birləşdiriləcək
29 Avqust 2012 17:35 İqtisadiyyat"Azərbaycan Dəmir Yolları" QSC tədris ilinin başlaması ilə əlaqədar əlavə vaqonları daxili istiqamətlərdə işləyən bütün vaqonlara birləşdirəcək. Bu barədə cəmiyyətin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov ANS PRESS-ə məlumat verib.
Belə ki, əlavə vaqonlar bütün daxili istiqamətlər üzə birləşdiriləcək. Bu da Azərbaycanda tədris ilinin başlaması və məzuniyyət dövrünün başa çatması səbəbindən sərnişin axınının artması ilə bağlıdır. Əlavə vaqonların qoşulması təqribən sentyabrın 12-13-də başlayacaq. N.Əzməmmədovun sözlərinə görə, burada məqsəd həmin dövrdə artan tələbatı ödəməkdir.
"Bakı-Tbilisi marşrutu üzrə hərəkət edən vaqonlara əlavə vaqonların qoşulması istisna edilmir. Çox güman ki, bu istiqamətə tələbat olacaq. Belə olan halda əlavə vaqonlar ayrılacaq", - deyə N.Əzməmmədov vurğulayıb.