Erməni alverçilərin yeni dərs ilinə "hədiyyəsi"

Ermənistanda benzinin qiyməti yenə bahalaşıb

Ermənistanda bahalaşma sindromu davam edir. Bu günlərdə bədnam qonşuların yanacaqdoldurma stansiyaları da qiymət qaldırma estafetinə qoşulublar və benzinin litrini 10 dram bahalaşdırıblar. Bu, erməni benzin alverçilərinin sentyabrın 1-də məktəblərin açılması ilə bağlı şagirdlərə özünə məxsus "hədiyyəsi" olub, yəni bundan sonra ictimai nəqliyyatda da gedişlər bahalaşması və şagirdlərin daha çox avtobus pulu ödəyəcəklər. Keçən ilin iyul ayı ilə müqayisədə isə bahalaşma 4,3% təşkil edib. Qeyd edək ki, əyalətlərdə benzin daha bahadır və litrə görə paytaxtdan 25 dram bahadır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31