Ənənəvi mobil telefonlar sıradan çıxacaq?

Suppli analitik şirkəti gələcəkdə smartfonların populyarlığının artacağını və ənənəvi mobil telefonların mobil aparatların ümumi satış həcmində payının azalacağını qeyd edir.
Qiymətləndirmələrə əsasən, 2011-ci ildə telefonların ümumi tədarük həcminin 35 faizi smartfonların payına düşüb. Bu il gözlənildiyinə görə, göstərici 46 faizədək artacaq və 2013-cü ildə 54 faizə çatacaq. 2016-cı ilə smartfonların payı 67,4 faizədək təşkil edə bilər.
Ötən il geniş funksionallığa malik mobil telefonlar bazarda 46 faizlik paya sahib olub. 2012-ci ildə ümumi tədarükün təxminən 41 faizi, 2016-cı ildə isə 28 faizi bu qurğuların payına düşəcək. 
Cari ildə başlanğıc səviyyəli aparatların və ucuz telefonların payı 14 faiz, 2016-cı ildə 4,2 faiz olacaq. 
IDC şirkətinin qiymətləndirməsinə görə, ikinci rübdə dünyada 406 milyona yaxın mobil aparat satılıb ki, bu da satış həcminin 401,8 milyon ədəd təşkil etdiyi 2011-ci illə müqayisədə 1 faiz çoxdur. Bu halda smartfonların tədarükü illik hesablamada 42,1 faiz - 108,3 milyon ədəddən 153 milyon ədədədək artıb. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31