Gədəbəydə qarət

"Volkswagen-Touareg"dən 800 manat oğurlanıb

Gədəbəydə "Volkswagen-Touareg"markalı avtomobil qarət edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Hadisə aprelin 29-da baş verib. Rayon sakini Asif Tağıyevə məxsus "Volkswagen-Touareg" markalı avtomaşından 800 manat pul oğurlanıb. Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayonun Arıxdam kənd sakini Samir Abdullayev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31