Azərbaycanda qaza olan tələbat artıb

Avqustun 28-nə olan vəziyyətə görə, Azərbaycanda əhaliyə verilən qazın gündəlik həcmi 4,52 milyon kubmetr təşkil edib. Bu rəqəm iyulun 25-də 4,4 milyon kubmetr olub. Bu barədə Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən bildiriblər.
Əhaliyə gündəlik verilən qazın ümumi həcmindən 2,79 milyon kubmetr Bakının payına düşür.
"Başqa regionlarda əhaliyə gündəlik qaz satışı 1,73 milyon kubmetr səviyyəsindədir", - İB-dən bildiriblər.
"Azəriqaz"dan deyiblər ki, satılan qaz həcmləri tələbatla müəyyən edilir və istehlakçıların tələbatını tam ödəyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31