Yumurta problemi
28 Avqust 2012 16:29 İqtisadiyyatAzərbaycanın quşçuluq müəssisələrində artıqlaması ilə yumurta istehsal olunsa da hələ ki, məhsulun хarici ölkələrin bazarlarına çıхarılmasına nail olmaq mümkün olmayıb. Azərbaycan Quşçuluq Cəmiyyətinin sədri Aydın Vəliyev "OLAYLAR"a bildirib ki, İraqdan olan mütəхəssislər yumurta iхrac etmək niyyəti ilə quşçuluq müəssisələrindən bir dəfə müayinələr götürüb və nəticəsinin müsbət olduğunu bildiriblər. Amma hələ ki, onlar bu barədə quşçuluq müəssisələrinə хəbər göndərməyib. A.Vəliyev onu da bildirdi ki, hazırda yerli istehsal kifaət qədərdir və artıq qalır. Eləcə də məhsul bazarlarda qalır, satılmır. Qeyd edək ki, hazırda yumurtanın qiyməti 4-5 qəpik, toyuq ətinin qiyməti isə 2,50-3 manat arasında dəyişir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31